BAKI, 8 oktyabr. TELEQRAF
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Samir Vəliyev və Könül Nurullayeva oktyabrın 9-da Sloveniyanın Lyublyana şəhərinə səfər edəcəklər.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar burada NATO PA-nın 71-ci illik sessiyasında iştirak edəcəklər.