BAKI, 30 sentyabr. TELEQRAF
“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanununun layihəsi təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd olunub ki, Konvensiya dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığı ilə ətraf mühitin qorunmasını gücləndirmək məqsədi daşıyır.
Konvensiya qabaqcadan əsaslandırılmış razılıq mexanizminin tətbiqi yolu ilə dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir, beynəlxalq ticarətdə şəffaflıq yaradır və tərəflərə öz milli qanunvericiliklərinə uyğun olaraq təhlükəli maddələrin idarə edilməsində səmərəli nəzarət imkanları verir.