BAKI, 26 sentyabr. TELEQRAF

Milli Məclisdə ingilis dili dərslikləri ilə bağlı dinləmələr keçiriləcək.

Teleqraf xəbər verir ki bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında komitə sədri Anar İsgəndərov deyib.

O qeyd edib ki, Milli Məclis rəhbərliyinin bununla bağlı təlimatı var: "Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılaraq bu mövzuya aid müzakirələr təşkil olunacaq".