BAKI, 26 sentyabr. TELEQRAF
"Son vaxtlar "əlil" və digər ifadələrdən istifadə edilmir. Daha çox "sağlamlığı məhdud" kimi ifadələr işlədilir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, qanunların dilində də bu ifadələr zamanla dəyişdiriləcək: “İnklüziv təhsillə bağlı da ölkəmizdə mühüm addımlar atılmaqdadır. Bu sahədə proqramlar var ki, onun əhatə dairəsi genişlənəcək. Bakı ilə yanaşı, bölgələrimizdə də inklüziv təhsilin imkanlarının genişləndirilməsi haqqında düşünməliyik”.