BAKI, 16 sentyabr. TELEQRAF
"Bir çox hallarda dil normaları pozulur. Regionlarda da, şəhərin özündə də elə küçələr var ki, heç onun haqqında məlumat yoxdur və o ad bizim milli mövqeyimizə yaddır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, həmin küçələrlə bağlı bələdiyyələr Milli Məclis və müvafiq qurumlar qarşısında məsələ qaldırmalıdır: "Görkəmli şəxsiyyətlərimiz, Vətən müharibəsində həlak olan qəhrəmanlarımız var ki, həmin küçələrə onların adları verilsə, daha yaxşı olar. Müəyyən regionlarda iş gedir, ziyalı, görkəmli adamların adına küçələr verilir. Bu sahədə istər icra orqanları, istərsə də bələdiyyələr müvafiq iş görürlər”.