BAKI, 29 iyul. TELEQRAF
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC, bundan başqa, Müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə siyahıya Elm və Təhsil Nazirliyi, Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi siyahıya isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxil edilib.