BAKI, 18 iyul. TELEQRAF
“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, infrastruktur obyektlərinin reyestri aparılacaq.
Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını, infrastruktur obyektlərini uçota almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.
Reyestr üçün aşağıdakılar tələb olunacaq:
infrastruktur obyektləri sifarişçisinin (sahibinin) adı;
infrastruktur obyektləri binasının ünvanı (olduqda);
infrastruktur obyektləri əsas texniki göstəriciləri (faktiki);
qinfrastruktur obyektləri tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).