BAKI, 14 iyul. TELEQRAF

Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanacaq.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” qanununun tətbiqi ilə əlaqədar Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:

Fərmada həmçinin deyilir: "İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə uyğun olaraq, istilik enerjisindən istifadə qaydalarını;

- həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları;

- həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri;

- həmin Qanundan irəli gələn digər məsələləri həll etsin".