BAKI, 8 iyul. TELEQRAF

Diplomatik xidmət orqanlarının əməkdaşlarına diplomatik rütbələr verilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Məmmədov İlham Nəriman oğlu və Mərdəliyev Seymur Qurban oğluna birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

Həmçinin Məmmədov Raman Ağamalı oğlu və Səfərova Nərgiz Abbasqulu qızına ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.