XANKƏNDİ, 4 iyul. TELEQRAF
"ECO ölkələri vahid iqtisadi blok kimi çıxış edə bilərlər".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O, Şuşada keçirilən Biznes Forumunda alınan qərarların təşkilatın katibliyinə təqdim olunduğunu bildirib:
"Azərbaycan tərəfindən təşkil olunan tədbirdə əlaqəli şəxslər bir araya gəlib, ticari-iqtisadi səyləri müzakirə ediblər. Onlar iqtisadi potensialı müzakirə edərək əsas istiqamətləri müəyyən edirlər. Şuşa Biznes Forumunda sərhədyanı ticarətin gücləndirilməsi istiqamətinin vacibliyi vurğulandı. Biznes qurumları arasında vacib görüşlər keçirildi. Forumda hərtərəfli şəkildə ECO tədiqat mərkəzinin yaradılmasının vacibliyi qeyd edildi. Müzakirələrdən sonra ECO-ya tövsiyələrimizi verdik. Biz vahid iqtisadi blok kimi çıxış edə bilərik".