XANKƏNDİ, 4 iyun. TELEQRAF

"Bu toplantı ECO-nun gələcək üçün yeni istiqamətlərini müəyyən etmək üçün vacibdir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O bildirib ki, təşkilata üzv ölkələr iqlim dəyişikliyi məsələlərində əməkdaşlığı artırmalıdır:

"İran, Pakistan və Türkmənistan əhalisi iqlim məsələlərindən ziyan çəkən ölkələrdəndir. Geosiyasi gərginliyin artdığı dövrüdə regional platformalar qurmalıyıq. ECO regionunda iqlim dəyişiklikləri ilə bağlı erkən xəbərdarlıq sistemlərinin yaradılması vacibdir. Biz siyasətin ahəngdarlığını, sektorlararası əməkdaşlığın artırılmasını vacib hesab edirik".