XANKƏNDİ, 4 iyul. TELEQRAF

"Təşkilata üz ölkələrlə ticari əməkdaşlıq bizim üçün prioritetdir. Nəqliyyat, eregetika kənd təsərrüfatı sahəsində əməkdaşlıq vacibdir".

Teleqraf-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

Dövlət başçısı ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində yeni sənədlərin qəbul olunmasını təklif edib:

"Üzv ölkələrdə iqtisadi-ticari məsələlərə yönəlmiş sənədin qəbul olunmasını təkif edirəm. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsini qoruyub saxlaya bilir. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi məqsədlərimizə nail olmağımıza kömək edəcək. Ölkəmiz təşkilat çərçivəsində ticarət maneələrinin yaradılması, dəmir və hava yolları məkanlarının birləşdirilməsinin tərəfdarıdır. Tacikistan enerji şəbəkələrinin formalaşdırlmasının tərəfdarıdır. Biz təşkilatın regional enerji bazarının yaradılmasında maraqlıyıq. Ererji davamlılığı üçün sənədin hazırlanması yaxşı olardı".

Dövlət başçısı daha sonra əlavə edib:

"Hazırda ölkəmiz yaşıl iqtisadiyyat strategiyasını həyata keçirir. Bu gün ölkəmizdə elektrik enerjisinin 98 faizi bərpaolunan enerji hesabına əldə edilir. Ölkəmiz üzv ölkələr arasında sənaye imkanlarının genişləndirilməsini təklif edir. Bu, yeni iş yerlərinin açılmasına töhfə verəcək. ECO regionunda ixrac potensialının, logistikasının genişləndirilməsi vacibdir. İqlim dəyişiklərinə qarşı da ciddi tədbirlərin görülməsi vacibdir. Buzlaqların qorunması üçün ümumi səylərimiz səfərbər olmalıdır. Yaxın Şərqdə gərginlik narahat doğurur. İran ərazisinə zərbələr BMT nizamnaməsinin pozulmasıdır və bunu pisləyirik. Ölkəmiz Yaxın Şərqdə diplomatik yolla sülhün əldə olunmasının tərəfdarıdır".