XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Süni intellektin yaranması cəmiyyətlərin dəyişməsinə səbəb olub. ECO ölkələri rəqəmsal bacarıqların faydalarından istifadə etməyi bacarmalıdırlar".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Dövlət başçısı bir neçə təkliflə çıxış edib:
"ECO baxışları 2035" sənədi çərçivsədində ECO ölkələrinin süni intellekt mərkəzinin yaradılmasını təklif edirəm. İKT əməkdaşlığının gücləndirilməsi üçün üzv ölkələrinin iştirakçılarından ibarət işçi qrupunun yaradılması da təkliflər arasındadır. Bundan başqa, ECO ölkələri turizm mərkəzinə çevrilə bilər və buna görə də üzv ölkələr şəhərlərarası əlaqələrə diqqət etməliyik".