BAKI, 21 may. TELEQRAF
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya yeni seçkilər keçiriləcək.
Teleqraf xəbər verir ki, seçkidə namizədlərə səsvermə üçün sənəd qəbulu elan olunub.
Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud [email protected] elektron ünvanına göndərilməlidir.
Vətəndaş cəmiyyəti institutları səsverməyə qatılacaq təmsilçisi barədə aşağıdakı məlumatları iyunun 1-i saat 18:00-dək Seçki Komissiyasına təqdim etməlidirlər:
Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Vətəndaş Cəmiyyəti İnstitutunun təmsil etdiyini təsdiq edən sənəd (şəhadətnamənin surəti)
Təşəbbüs qrupunun protokolu (məcburi köçkün - qazi)
Seçki ilə əlaqədar məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq Sektorundan almaq olar.
Sənəd qəbulu iyunun 1-də saat 18:00-da başa çatır.
Əlaqə: 012 530-82-37; [email protected]
Qeyd edək ki, Dövlət Komitəsi yanında İctimai Şuraya aşağıdakı şəxslərin namizədliyi qeydə alınıb:
Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi, Azərbaycan Dillər Universitetinin müəllimi - Qorxmaz Mustafayev
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri - Rey Qasımov
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti - Umud Mirzəyev
Məcburi köçkünlərin Təşəbbüs Qrupu - Asəf Mikayılov
Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd - Səbuhi Hüseynov
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri - Bəsti Nəsibova
Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd, tarixçi - Səbuhi Səmədov
Xocavənd rayonundan Məcburi Köçkünlərin Təşəbbüs qrupu tərəfindən namizəd, Jurnalist - Bəxtiyar Qaraca
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Kənan Babayev
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Mahir Məmmədov
Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd - Babək Aslanov
Odlar Yurdu İctimai Birliyinin sədri - Həcər Əkbərova
Regional Gender Mərkəzi İctimai Birliyinin sədri - Şərqiyyə Dadaşova
“Teleqraf” İnformasiya Agentliyinin baş direktoru - İmdad Əlizadə
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri - Anar Xəlilov
“Türküstan” Media Qrupunun rəhbəri - Aqil Camal