BAKI, 25 iyun. TELEQRAF

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyi təsdiq edib.

Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilib.

Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin də əlavə olunub.

İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verəcək.