BAKI, 15 iyun. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, M.Əliyeva paylaşımını X səhifəsində paylaşıb.
Azərbaycanın Birinci vitse-prezidenti yazıb: "Əziz həmvətənlər! Milli Qurtuluş Günü münasibətilə sizi təbrik edir, hər birinizə möhkəm cansağlığı, Vətənimizə sülh və tərəqqi arzulayıram!"