BAKI, 12 iyun. TELEQRAF

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Sahil Tahirli vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Ali Məclis sədrinin digər sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsinin müvəqqəti icrası qurumun sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə olunub.