BAKI, 5 iyun. TELEQRAF
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Nizamnaməsinə və “Həmkarlar ittifaqları haqqında” Qanuna dəyişiklik layihəsi hazırlanır.
Teleqraf xəbər verir ki, bununla bağlı AHİK-in bugünkü tədbirində məlumat verilib.
Bildirilib ki, layihə Milli Məclisə təqdim olunacaq. Dəyişikliklər qurumun iş prosesini daha da təkmilləşdirəcək.
Xatırladaq ki, “Həmkarlar ittifaqları haqqında” Qanun 1994-cü ildə qəbul olunub.