BAKI, 30 may. TELEQRAF

"Seçicilərin rəsmi siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib".

Teleqraf xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib

"Dünyasını dəyişənlərin adının seçici siyahısında qalması doğru deyil. Amma siyahıdan çıxaran zaman da qanuni cəhətdən izahatı olmalıdır. Dünyasını dəyişənlərin siyahısı bizdə hər zaman olur", - deyə MSK sədri bildirib.

MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, seçici siyahısı ilə bağlı daimi işlər gedir və hər zaman diqqət altında saxlanılır:

"Ədliyyə Nazirliyi tərəfindən şəxs vəfat etdikdə onunla bağlı sənəd bizim serverə ötürülür və siyahıdan çıxarılır. Seçki olmasa da, qaynar xəttimiz daim aktivdir. Seçki olmayan dövrdə zənglər olmur, amma olduğu halda lazımi addımlar atılır".