BAKI, 27 may. TELEQRAF
Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.
Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.
Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik".