BAKI, 26 may. TELEQRAF
"15 dairə üzrə 611 məntəqədə 2025-ci ildə bələdiyyə seçkiləri baş tutmadı".
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.
Qeyd olunub ki, həmin məntəqələrdə qeydiyyatda olanlar məcburi köçkünlərdir: "Ancaq siyahıyaalma zamanı 611 məntəqə üzrə qeydiyyat aparıldı".
Həmçinin bildirib ki, vəfat edən bütün şəxslərin adı seçici siyahısında çıxarılıb.