BAKI, 17 may. TELEQRAF

“Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən, publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşları haqqında məlumatlar bu Qaydaya uyğun olaraq dövlət qulluqçularının reysterinə daxil olacaq.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin dövlət qulluqçularının reyesterinin aparılması barədə imzaladığı fərmanda qeyd olunub.

Sənəddə qeyd edilib ki, Reyestr Azərbaycan Prezidentinin Administrasiyası və Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən elektron qaydada “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı üzərindən aparılır.

Reyestrin aparılmasına nəzarət Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.