BAKI, 16 may. TELEQRAF
Mayın 16-da Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı tədbirdə bir çox dövlətlərin rəhbərləri də iştirak ediblər.
Açılışdan öncə süni intellektlə hazırlanmış Prezident və Baş nazirlərin uşaqlıq halının əks olunduğu videoçarx nümayiş edilib.
Onlar tədbir iştirakçılarını öz dillərində salamlayıblar.
Həmin videoçarx zalda xeyli gülüş doğurub, liderlər tərəfindən maraqla qarşılanıb.