BAKI, 16 may. TELEQRAF

"Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə almaq vacibdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun parlamentdə illik məlumatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, küçədə dilənçilik edən hansı uşaq tutulsa, valideynindən dərhal alınmalıdır:

"Dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməlidir. Onları dövlət müəssisələrinə yerləşdirmək lazımdır. Həmçinin qanunvericilikdə dəyişiklik edilib, Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə almaq vacibdir. Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bunlardan kənarda dini təhsilə cəlb edilmə qanunsuzdur”, -deyə o qeyd edib.