BAKI, 16 may. TELEQRAF

2025-ci ildə insan alveri ilə məşğul olan 124 sosial şəbəkə hesabı bağlanıb.

Teleqraf xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.

O bildirib ki, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başladılıb:

"Ötən il insan alverinin təbliğatı ilə məşğul olan 156, cari ilin geridə qalan vaxtında isə 124 teleqram, instaqram və "TikTok" hesabı bağlanıb".

Qeyd edək ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub.