BAKI, 14 may. TELEQRAFR

"Azərbaycanın Suriya ilə bağlı gələcək planları var".

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.

F.Şəfiyev bildirib ki, Azərbaycan AID proqramı vasitəsilə Türkiyə ilə birlikdə Somaliyə yardım göndərəcək.

O həmçinin deyib ki, Qlobal Cənub çərçivəsində əməkdaşlıqlar şərtdir:

"Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyaya səfər etmişdi. Burada tərəfdaşlıq vacibdir. Onu da qeyd edim ki, Azərbaycanın Suriya ilə bağlı gələcək planları var".