BAKI, 13 may. TELEQRAF

"Saxta yolla tələbə adını qazananlara viza verilir, amma əziyyət çəkənlər kənarda qalır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, insan alverinə qarşı sosial şəbəkələrdə maarifləndirilmə aparılmalıdır:

"Saxta yolla tələbə adını qazananlar müxtəlif qərəzli işlərin ardınca gedir. Amma əziyyət çəkənlər qalır kənarda, viza verilmir. Bundan başqa, sosial şəbəkələrdə də insan alverinə qarşı maarifləndirmə tədbirləri aparılmalıdır. Lazım gəlsə, bununla bağlı maliyyə ayrılmalıdır. Bəzən ucqar rayonlarda olan insanların televiziyaya, qəzetlərə çıxışı yoxdur, amma sosial şəbəkələrdə aktivdirlər Ümid edirəm ki, Milli Fəaliyyət Planında bu əksini tapar".