BAKI, 13 may. TELEQRAF

"Xaricdə işləməklə bağlı insanlarımızı aldadırlar".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, sözügedən hal təhlükəlidir və çoxalmaqdadır:

"Xaricdə işlə bağlı insanlarımızı aldadırlar, onlar da viza alıb və gedib Avropanın küçələrində yaşayırlar. Bu hallar çoxalmaqdadır".