BAKI, 13 may. TELEQRAF

"İnsan alverinə dair qlobal hesabatlara nəzər saldıqda, rəqəmlər dəhşətli mənzərəni orataya qoyur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, monitorinq təşkilatı olan "Our Rescue" qeyd edib ki, hər gün internetdə, sosial mediada 500.000 insan alveri üzrə şəbəkə üzvü onlayn platformlarda azyaşlıları sosial media hesabında tora salmağa çalışır:

"Beynəlxalq Əmək Təşkilatının hesabatı göstərir ki, məcburi cinsi istismar hər il 173 milyard dollar qanunsuz gəlir gətirir".