BAKI, 7 may. TELEQRAF
Nazirlər Kabineti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), məhsul və xidmətlərin siyahısını və xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısını təsdiq edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Mərkəzi Bankına tövsiyə edilib ki, məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirsinlər.