BAKI, 1 may. TELEQRAF
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla da bəzi közərmə lampalarının satışı, idxalı və istehsalı qadağan edilir.
Qanuna görə, 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının satışı, istehsalı və idxalı yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə satışı, istehsalı və idxalı 2026-cı il iyulun 1-dən qadağan olunacaq.