BAKI, 6 oktyabr. TELEQRAF
Ermənistan parlamenti ölkədəki kilsə böhranını araşdırmaq üçün xüsusi istintaq komissiyasının yaradılmasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 11 deputatdan ibarət olacaq komissiyaya hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından 7, müxalifətçilərdən isə 4 nəfər daxildir. Lakin müxalifət qüvvələri müzakirələri boykot edərək komissiyanın işində iştirak etməyəcəklərini açıqlayıblar.
Təşəbbüs parlamentin spikeri Ruben Rubinyanın oktyabrın 2-də imzaladığı qərara əsasən həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 1-də Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün bütün rıçaqlardan istifadə edəcəyini və qanunvericiliyə dəyişikliklər edəcək xüsusi komissiya yaradılacağını bəyan edib.