CƏLİLABAD, 6 oktyabr. TELEQRAF
Cəlilabad rayonunda Hüseyn Cavid küçəsi məişət tullantıları ilə çirklənib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayon mərkəzindəki küçənin sonunda, yerli sakinlərin “Çayqırağı” adlandırdığı kanal ərazisində vəziyyət olduqca acınacaqlıdır.
Demək olar ki, ərazi tamamilə tullantılarla örtülüb.
Sakinlərin sözlərinə görə, küçədə zibil qutularının olmaması problemi dərinləşdirir. İnsanlar çıxış yolunu tullantıları kanala atmaqda görürlər.
Uzun müddət ərzində yığılan məişət tullantıları ərazidə ciddi antisanitar vəziyyət yaradıb.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini, əraziyə zibil qutularının yerləşdirilməsini və tullantıların təmizlənməsini tələb edirlər.