BAKI, 4 sentyabr. TELEQRAF

Ukraynanın Rusiyanın Soçi şəhərinə dron hücumundan sonra neft bazasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hücum nəticəsində neft bazasının ərazisində yanğın baş verib. Həmçinin bir neçə yaşayış binasının və digər tikililərin şüşələri zədələnib, bəzi hallarda isə yanğınlar baş verib və söndürülüb.

Qeyd edilib ki, hücum Soçinin Adler rayonunda yerləşən “Rosneft-Kubannefteprodukt” neft bazasına edilib.

Soçi meri Andrey Proşunin də müəssisədə yanğın olduğunu təsdiqləyib. Ölən və yaralanan olmayıb.