BAKI, 15 iyun. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında birliyin olmaması İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiq edilməsinə imkan vermir.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

K.Kallas rəsmi Tel-Əvivə qarşı sanksiya təkliflərinə toxunaraq bildirib:

"Bəli, bir çox Aİ ölkəsi nazir Ben-Qvirə qarşı sanksiyaların tətbiq edilməsini təklif edir. Biz bu məsələni müzakirə edəcəyik, lakin üzv dövlətlərlə aparılan məsləhətləşmələr hələ ki, bu məsələdə lazımi birliyimizin olmadığını göstərir".