BAKI, 6 may. TELEQRAF
“İranın hərbi nüvə proqramı tamamilə və birdəfəlik dayandırılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
Kansler bildirib ki, Tehran artıq region və bütün dünyanı təhdid etməməli, hərbi nüvə proqramının tamamilə və əbədi olaraq dayandırılmalıdır.
Merts İranın bundan sonra İsrail və digər region ölkələrinə qarşı bundan sonra hücum etməməli olduğunu vurğulayıb.
“İran danışıqlara qayıtmalı və vaxt udmaq oyununu dayandırmalıdır”, - Almaniya Kansleri əlavə edib.