BAKI, 9 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlük danışıqlarını 2027-ci ilin sonuna qədər başa çatdırmağa çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr yazıb ki, qarşıdakı dövrdə Aİ-nin səyləri yeni üzvlər üçün inteqrasiya prosesinin irəliləməsinə yönəldiləcək və məqsəd 2027-ci ilin sonuna qədər Ukrayna ilə danışıqları başa çatdırmaq olacaq.