BAKI, 27 oktyabr. TELEQRAF
Monteneqro hökuməti Podqoritsada Türkiyə vətəndaşlarının yerli sakini bıçaqladığı hadisədən sonra Türkiyə vətəndaşları üçün viza rejimini təxirəsalınmaz qaydada ləğv edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç məlumat verib.
“Təcili qaydada Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar qəbul edəcəyik. İqtisadi fəallıq və yaxşı ikitərəfli münasibətlərin qorunması məqsədilə qarşıdakı dövrdə Türkiyə ilə qarşılıqlı maraqlara cavab verən, dostluq və müttəfiqlik ruhuna uyğun optimal modelin tapılması üçün intensiv danışıqlara başlayacağıq”, - o bildirib.
Oktyabrın 26-da Monteneqro polisi iki Türkiyə vətəndaşını Podqoritsa sakininə bıçaq zərbələri endirməkdə ittiham edərək saxlayıb.
Hadisədən sonra bölgədə bir neçə yüz nəfər toplanaraq antimiqrant şüarları səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları başqa qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını saxlayıblar.