BAKI, 26 sentyabr. TELEQRAF
“Kiprlə bağlı düşüncə və siyasətimiz məlumdur, federasiya dəftəri (Şimal və Cənubun birləşməsi – red.) bizim üçün bağlanıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ səfərindən sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Heç kim bizi söz oyunu ilə federasiya müzakirələrinə cəlb edə bilməz. Kipr türkləri heç vaxt adada azlıq olmağı qəbul etməyəcəklər. Yeganə real həll yolu adada iki ayrı dövlətin mövcudluğunu qəbul etməkdir. Bunu artıq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışımızda açıq şəkildə bəyan etmişik. Bu mövqeyin dəyişməsini gözləmək düzgün olmazdı.
Şimali Kipr Türk Cümhuriyyətində seçkilərin uğurlu keçməsini istəyirik. İnanırıq ki, Kipr türk xalqı ən doğru və ən uyğun seçimi edəcək. Ana vətən və qarant olaraq qardaş Kipr türklərini heç vaxt tək qoymayacağıq”, - prezident bildirib.