BAKI, 24 may. TELEQRAF
Fransanın cənubunda Kann Film Festivalının bağlanış mərasiminə bir neçə saat qalmış elektrik verilişində fasilə yaranıb.
Teleqraf xəbər verir ki, işıqforlar işləmədiyi üçün yollarda tıxaclar yaranıb, internet kəsilib.
Festivalın təşkilatçıları bildiriblər ki, planlaşdırılan tədbirlər müvəqqəti dayandırılıb, elektrik enerjisi bərpa edildikdən sonra davam etdiriləcək.
Yerli hakimiyyət orqanlarının elan etdiyi fasilədən sonra insanlar küçələrdə gözləməyə başlayıblar. “France Info” radiosu bildirib ki, elektrikin kəsilməsi səbəbindən bölgədə 160 min ev təsərrüfatı zərər görüb.
Hadisə ötən ay İspaniya, Portuqaliya və Fransanın bəzi bölgələrində milyonlarla insanın işıqsız qalmasına səbəb olan genişmiqyaslı kəsilmədən sonra baş verib.
İşıqforların işləməməsi yollarda sıxlığa səbəb olub.
İnternetdə fasilələrin olduğu, Votsap (WhatsApp) kimi məşhur proqramların “oflayn” olduğu qeyd edilib.