
BAKI, 23 mart. TELEQRAF
"Kiyev Zakarpatiyadakı macar azlığım hüquqlarını bərpa etməsə, Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara veto qoyacaq".
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto özünün "Facebook" sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, bu gün Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Beate Maynl-Rayzer Siyarto ilə telefon danışığı zamanı o, Zakarpatiyada macar icmasının hüquqlarının pozulması məsələsini qaldırıb. Siyarto vurğulayıb ki, Kiyev daimi vədlərə və gözəl sözlərə baxmayaraq 2015-ci ildə onlardan alınmış hüquqları hələ də macarlara qaytarmayıb.
"Bu, qəbuledilməzdir və ümumavropa qaydalarına və dəyərlərinə tamamilə ziddir", - Siyarto yazıb.
O qeyd edib ki, bu kədərli vəziyyət davam etdikcə, Ukraynanın Aİ- yə daxil olması ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil.