
BAKI, 21 mart. TELEQRAF
"Avropa İttifaqı Ukraynaya hərbi və maliyyə yardımı göstərməklə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcək, çünki Aİ ölkələrinin bunun üçün kifayət qədər pulu yoxdur".
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Siyasətçi Brüsseldə keçirilən sammitdə qəbul edilən qərarları “boş vədlər” adlandırıb.
“Avropa Birliyinin bir senti də yoxdur, bütün pulunu xərcləyib. Ukraynanı silahlandırmaq, ordusunu saxlamaq, dövlətini maliyyələşdirmək və ya ölkəni yenidən qurmaq istəyənlərin cibində bir qəpiyi də qalmayıb" - Orban deyib.