.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Macarıstan ümid edir ki, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün danışıqları davam etdirəcək və nəticələr Kiyev üçün uğurlu olacaq".
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "M1" televiziyasına müsahibəsində deyib.
"Biz bilirik və üç ildir deyirik ki, sülhə gedən yol əvvəlcə atəşkəsdən, sonra isə danışıqlardan keçir. Ona görə də ümid edirik ki, sülh səyləri davam edəcək və mümkün qədər tez öz məqsədinə çatacaq", - Siyarto bildirib.
O vurğulayıb ki, Macarıstan ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə yönəlmiş səylərini dəstəkləyir.