BAKI, 20 fevral. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və Qazaxıstan xarici işlər nazirinin birinci müavini Yerjan Aşikbayev Astanada silahlara nəzarət və qarşıdakı tədbirlərlə bağlı ikitərəfli məsləhətləşmələr aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər qlobal təhlükəsizlik gündəliyində duran aktual məsələlərin geniş spektrini, o cümlədən nüvə silahlarından imtina və yayılmama rejiminin möhkəmləndirilməsi problemləri, bioloji təhlükəsizlik və ixrac nəzarəti məsələlərini müzakirə ediblər. Həmçinin çoxtərəfli təşkilatlarda iş üzrə fikir mübadiləsi aparıblar.