BAKI, 8 oktyabr. TELEQRAF
“Rusiya və ABŞ arasındakı “münasibətlər binası” planlı şəkildə dağılır, çatlar artıq təmələ qədər çatıb”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ arasındakı münasibətlərdə əvvəlki normal vəziyyət uzun müddətdir mövcud deyil.
Sergey Ryabkov vurğulayıb:
“Aramızda müəyyən bir “münasibətlər binası” var, o çatlayıb və dağılır. Bunun günahkarı amerikalılardır. İndi çatlar artıq təmələ qədər çatıb”.