İyunun 29-da Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşası nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, tamaşanı səhnələşdirən quruluşçu rejissor Mir Sahib Ağazadədir.

Rəssamı Rəşid Şərif, musiqi tərtibatı Mir Sahib Ağazadə, İffət Əsgərov və Amid Qasımovdur.

Tamaşada aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehtiyev və Novruz Novruzlu iştirak edirlər.

Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Türkiyənin məhşur dj-i, rok-caz musiqisi ilə mistik-irfani musiqiləri sintez edən Mərcan Dədənin musiqilərindən istifadə olunub.