BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsraili Livan da daxil olmaqla, hazırkı hərbi əməliyyatlarında sağlam düşüncəli olmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Jurnalistlər İsrailin Livandakı hərbi kampaniyasına son qoymasının tərəfdarı olub-olmadığı soruşduqda Amerika lideri belə cavab verib:
“Xeyr, İsrailin özünü müdafiə edə bilməsini istəyirəm. Amma istəyirəm ki, sağlam düşüncədən istifadə etsinlər”.