BAKI, 17 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və onun rusiyalı həmkarı Vladimir Putinlə son təmaslarını yüksək qiymətləndirdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, Ukrayna və Rusiya liderləri ilə çox yaxşı danışıqlar apardığını deyib.

“Bu müharibənin bitməsini görmək istərdik. Mən səkkiz müharibəyə son qoymuşam, açığı, bunun ən asan müharibələrdən biri olacağını düşünürdüm, amma onlar bir-birini o qədər də sevmirlər. Bu, işləri daha da çətinləşdirir”, - Ağ Ev rəhbəri qeyd edib.

Donald Tramp əlavə edib ki, Volodimir Zelenski və Vladimir Putinlə ayrı-ayrılıqda yaxşı söhbət edib.