BAKI, 16 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Suriyanın “Hizbullah” Hərəkatı ilə bağlı problemləri həll edə biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Fransada jurnalistlərə bildirib.
“İsrailə Suriyanın “Hizbullah”la məşğul olmasına icazə verməsini təklif etmişəm, açığı, düşünürəm ki, onlar bunu daha yaxşı idarə edə bilərlər”, - Amerika lideri qeyd edib.
Donald Tramp Suriya Prezidenti Əhməd Şaraanın təşkilatda nizam-intizam yarada biləcək şəxs olduğunu vurğulayıb. ABŞ lideri “Hizbullah”la bağlı məsələni “kiçik narahatlıq” adlandırıb.
ABŞ Prezidenti əlavə edib ki, İsrail Baş naziri Benyamin Netanyahu Livana qarşı daha məsuliyyətli davranmalıdır:
“Mənim Bibi (Netanyahu – red.) ilə əla münasibətlərim var, amma indi Bibi Livana qarşı daha məsuliyyətli olmalıdır”.
Xatırladaq ki, AFP bundan əvvəl ABŞ Prezidentinin suriyalı həmkarından Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlarda iştirak etməsini istədiyi barədə məlumat yaymışdı.