BAKI, 16 iyun. TELEQRAF

“İsrail Livana hücum etsə, İranla bağlanmış müqavilə qüvvədə qala bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəli, mümkündür. Düşünürəm ki, bu, kiçik bir müharibədir, amma İran üçün böyükdür”, - Amerika lideri İsrailin Livana hücum edəcəyi təqdirdə müqavilənin qüvvədə qalıb-qalmayacağı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, İran xarici işlər naziri Abbas Əraqçi bundan əvvəl İsrailin Livana hücumu davam etdirəcəyi təqdirdə ABŞ ilə razılaşmanın pozulacağını açıqlamışdı.